Ermənilərin böyük ümidlər bəslədiyi yunan-Roma güləşçisi Artur Aleksanyan finalda məğlub olub.
BUTA.TV xəbər verir ki, o, iranlı idmançıya məğlub olub.
Erməni mediası və idman rəsmiləri isə buna qarşı böyük kampaniya başladıb. İddia ediblər ki, Aleksanyan hakimin ədalətsizliyi nəticəsində finalda uduzub.
Qeyd edək ki, titullu idmançı sayılan A.Aleksanyan yunan-Roma güləşi üzrə 97 kiloqram çəki dərəcəsində özbəkistanlı rəqibi Rüstəm Assakalovu 9:5 hesabı ilə məğlub etdiyi görüşdə etdiyi hərəkətlə nifrət qazanmışdı. O, rəqibinə qarşı fənd işlətdikdən sonra başından basaraq, üstündən adlamışdı.
Aleksanyan təltifetmədə də qeyri-adekvat davranıb, boynundan gümüş medalı çıxararaq, İran himninə qarşı hörmətsizlik edib.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio