Rusiya Prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycana səfər edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
Məlumata görə, səfər zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, habelə aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq.
Səfərin yekunları üzrə dövlət başçılarının Birgə Bəyanatının qəbul edilməsi, hökumətlərarası və digər sənədlərin imzalanması planlaşdırılır.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin avqustun 19-da Bakıya səfər edəcəyi ilə bağlı məlumat yayılmışdı.
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Atasını itirən Messiyə təsirli jest - Fotolar
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video