Ermənistanın Naxçıvan istiqamətində atəşkəsi pozması iyun ayından etibarən aktiv mərhələyə keçən “sərhəd planı”nın tərkib hissəsidir və məqsəd Bakıya təklif etdikləri “atəşkəsə nəzarət mexanizmi”nin aktivləşdirilməsidir.
Daha öncə də bu haqda yazmışdıq: Ermənistan belə bir mexanizmlə şərti sərhədlərin dəyişməsi, xüsusilə mümkün hərbi ssenari ilə yenidən çəkilməsi perspektivinə qarşı “qalxan” əldə etmək niyyətindədir. Bu “qalxana” İrəvanın təklif etdiyi mexanizmə beynəlxalq nəzarətin cəlb edilməsi ilə nail ola bilərlər. Və bu ssenaridə Qərb ölkələrinin, xüsusilə ABŞ-ın hədəfi “nəzarət” adı altında qüvvələrini Azərbaycan-Ermənistan sərhədinə yerləşdirmək, bölgədəki mövqelərini gücləndirməkdir.
Planın ABŞ tərəfindən hazırlandığı istisna deyil. Vaxtilə Qarabağda tətbiq etmək istədikləri planı indi sərhəddə həyata keçirmək istəyirlər. İrəvanın “ev tapşırığı” təklifi Bakıya çatdırmaqla yanaşı, bu təklifi aktual saxlamaq üçün təxribatların da törədilməsidir.
“Niyə indi” sualının cavabını Putinin gözlənilən Bakı səfərində axtarmaq olar. Bakı-Moskva münasibətləri xüsusilə regionda güc balansı uğrunda bu qədər açıq mübarizənin getdiyi vaxtda, həm Ermənistanı, həm Qərbi – ABŞ-ı narahat edir. İrəvan üzərindən tətbiq edilən planın hədəfi Rusiyanın bölgədə sıxışdırılmasıdırsa, Bakı olmadan güc balansını dəyişmək çətindir. Sərhəd təxribatı və bununla aktuallaşdırılan “mexanizm təklifi” ilə Azərbaycanın mövqeyinə təsir etməyə çalışdıqları vaxt Bakı-Moskva xəttindəki təmaslar onların hədəfləri kontekstində hadisələrin inkişafına mənfi təsir edir. Görünür, Naxçıvan istiqamətində baş verənlər Bakıya “xəbərdarlıq atəşi”dir. Və davam olacağı, xüsusilə yaxın günlərdə intensiv xarakter alacağı mümkün gözləntilərdəndir.
- Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
- Azərbaycanda gömrük rüsumlarının dərəcələri dəyişdi
- Azərbaycan və İran müdafiə nazirləri görüşdü - Video
- Müəllimini güllələyən şagirdi hansı cəza gözləyir?
- Uşaqlara sosial şəbəkəni necə qadağan etmək olar?
- Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olundu
- "City Garden Narimanov": 36 ayadək faizsiz, daxili kreditlə mənzil...
- Zakir Fərəcovun sakinlərlə görüşləri davam edir