Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə BUTA.TV-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti olacaq.
Atmosfer təzyiqi 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq rayonlarda zəif duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-38° isti, bəzi yerlərdə 40°-dək isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacaq.
- Qumar oyunları ilə bağlı cəzalar sərtləşdirilir
- Qaradağda yeni avtomobil körpüləri tikilir
- Təhsil TV-yə yeni direktor təyin edildi - Foto
- “Bolt” sürücüləri sərnişinlərdən artıq ödəniş tələb edir
- Mülki PUA-lara nəzarət olacaq
- Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar rüsüm...
- Yeni dövlət rüsumları üçüncü oxunuşdan keçdi
- Hesablama Palatasına yeni səlahiyyət verilir