Azərbaycan və Özbəkistan əməkdaşlıq üçün 20 yeni istiqamət müəyyən edib.
BUTA.TV xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şövkət Mirziyayev Azərbaycanın dövlət başçısı İlham Əliyevlə mətbuata bəyanatında deyib.
Ş.Mirziyayev qeyd edib ki, Ali Dövlətlərarası Şuranın birinci iclası baş tutub:
"Bu, müttəfiqlik münasibətlərimizin dərinləşməsi ilə bağlı yeni təkliflərin hazırlanması və həyata keçirilməsi üçün səmərəli mexanizmdir".
“Azərbaycanda ilk görüşümüzdə əməkdaşlığımızın 10 istiqaməti müəyyən olundu. Məmnuniyyətlə qeyd etmək istərdim ki, bu müqavilələrin heç biri kağız üzərində qalmayıb. Real nəticələrimiz var. Bu gün biz 20 yeni istiqamət müəyyən etmişik”, - o vurğulayıb.
Özbəkistan Prezidenti bildirib ki, ümumilikdə danışıqlar ənənəvi olaraq açıq və konstruktiv şəraitdə keçib:
“Hesab edirəm ki, görüşümüzün uğurunun sübutu da budur”.
- “Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
- Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
- Şuşada IV Qlobal Media Forumu keçiriləcək
- Velosiped və skuter sürənlərin nəzərinə!
- 37 illik tarixin sonu - Fotolarda
- Azərbaycan Ermənistana 434 min avro ödəyib
- Bakının bəzi ərazilərində işıq olmayacaq
- Azərbaycan və Rusiya Samur çayını bölüşdürür