Bu il ali məktəblərə giriş balları yüksəlib. Bu sevindirici haldır. Lakin bəzi insanlar bunun heç də sevindirici bir hal olmadığını vurğulayırlar. Ballar yüksəldiyi üçün artıq repetitor yanına getməyin mütləq lazım olduğunu, repetitorlara tələbat artdığı üçün qiymətlərinin daha da qalxa biləcəyini söyləyirlər. Həmçinin məktəbdən yayınıb hazırlığa getmək üçün rüşvətlərin çoxalacağını düşünürlər də var.
Bu iddialar nə dərəcə doğrudur? Bu mövzu ilə bağlı professor Şahlar Əsgərov Yenisabaha danışıb:
“Mən bu barədə zaman-zaman fikrimi demişəm. Həmçinin kitablarımda da yazmışam. Repetitor haradan yarandı? Repetitor ali məktəblərə qəbul çətinləşəndə yarandı. Yəni, repititor təhsil prosesi deyil. Ali məktəbə qəbul olmaqdan törəmə bir prosesdir. Buna görə də bizim azərbaycanlı uşaqlarımız xarici ölkələrin universitetlərinə daxil olurlar. Sənədlərini 3-5 universitetə göndərir, onlardan da biri qəbul edir. Bir analiz edin, fikirləşin. Azərbaycandan İngiltərə, Amerika, Avropa və s xarici ölkələrin universitetlərinə qəbul olan gənclər test imtahanı verib daxil olur, yoxsa orta məktəbin attestat imtahanları ilə qəbul olur? Buna görə də buna ehtiyac yoxdur. Bu sonradan əmələ gəldiyinə görə özü ilə bərabər çoxlu neqativ hadisələr gətirir, orta məktəbləri iflic edib. Bu əslində uzun məsələdir. Bunu yaxşı-yaxşı izah etmək lazımdır. Məsələn, görün Almaniyada, Fransada uşaqlar heç test imtahanı verir? Test imtahanının yerini dəyişdirmək lazımdır. Qəbul imtahanını orta məktəb aparsın. Ondan sonra əhalinin də, uşaqların da canı qurtarsın. Orta məktəb də işləməyə başlasın”.
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir