Ermənistanda Qərbi Nil qızdırmasına 75 yoluxma halı qeydə alınıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzin mətbuat xidməti məlumat yayıb.
Mərkəzin rəhbəri Stepan Atoyan bildirib ki, yoluxma halları əsasən Araqatsotn, Ararat və Armavir bölgələrində mümkündür, çünki orada xəstəliyi yayan çoxlu ağcaqanadlar var:
"Xəstəliyə qarşı xüsusi peyvənd və dərman yoxdur. 80% hallarda asemptomatikdir. Ağır hallarda virus sinir sisteminə təsir göstərir".
Qeyd edək ki, Ermənistanda bir nəfər sözügedən virusdan vəfat edib.
- “Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
- Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
- Şuşada IV Qlobal Media Forumu keçiriləcək
- Velosiped və skuter sürənlərin nəzərinə!
- 37 illik tarixin sonu - Fotolarda
- Azərbaycan Ermənistana 434 min avro ödəyib
- Bakının bəzi ərazilərində işıq olmayacaq
- Azərbaycan və Rusiya Samur çayını bölüşdürür