Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasına 2024-cü il üzrə qəbul marafonu uğurla yekunlaşıb.
DİN-in Mətbuat Xidmətindən BUTA.TV-a verilən məlumata görə, Polis Akademiyası 2024-2025-ci il üçün 500 nəfər kursantı qəbul edib.
Daxili işlər orqanlarında təhsilə və xidmətə yararlılığı nəzərə alınaraq seçilən 2250 namizəddən 500 nəfər Akademiyanın “Hüquqşünaslıq” ixtisasına qəbul olub.
Ən yüksək nəticə 665,7 bal olub, abituriyentlərdən 50 nəfəri 600-dən (ötən illə müqayisədə 36 nəfər çox) yuxarı bal toplayıb.
Hal-hazırda bütün kursantlar Akademiyaya dəvət olunub və tədris başlayana qədər onların hazırlıq mərhələsinə başlanılıb.
- “Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
- Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
- Şuşada IV Qlobal Media Forumu keçiriləcək
- Velosiped və skuter sürənlərin nəzərinə!
- 37 illik tarixin sonu - Fotolarda
- Azərbaycan Ermənistana 434 min avro ödəyib
- Bakının bəzi ərazilərində işıq olmayacaq
- Azərbaycan və Rusiya Samur çayını bölüşdürür