İranın xarici işlər naziri Abbas Arakçı Britaniya və Fransadan olan həmkarları ilə telefon danışığı aparıb.
BUTA.TV xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Arakçı bildirib ki, İran HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə İsrailə cavab zərbəsi endirmək hüququndan əl çəkməyəcək.
Sejurne isə xatırladıb ki, Fransanın əsas prioriteti İranda girov saxlanılan Fransa vətəndaşlarının dərhal azad edilməsidir, Fransa prezidenti artıq iranlı həmkarından bunu tələb edib. O, regiona son səfəri zamanı bütün maraqlı tərəflərə siqnal göndərdiyini, xüsusən də İsrail və Livan arasındakı münasibətlərdə deeskalasiya yolunu tutmağı təklif etdiyini bildirib.
Sejurne İranın sabitliyi pozan silahların yayılmasına dair fəaliyyətlərini davam etdirməmək barədə xəbərdarlıq edib.
- “Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
- Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
- Şuşada IV Qlobal Media Forumu keçiriləcək
- Velosiped və skuter sürənlərin nəzərinə!
- 37 illik tarixin sonu - Fotolarda
- Azərbaycan Ermənistana 434 min avro ödəyib
- Bakının bəzi ərazilərində işıq olmayacaq
- Azərbaycan və Rusiya Samur çayını bölüşdürür