Maşın dağa çırpıldı: 3 nəfər...

17:02 - 24 Avqust 2024 - GÜNDƏM

 Maşın dağa çırpıldı: 3 nəfər...

Lerik rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

BUTA.TV xəbər verir ki, hadisə Lerik rayonunun ucqar dağ kəndi olan Qışlaq ərazisində baş verib.

Lerik rayon Hamarat kənd sakini, 1958-ci il təvəllüdlü Şirvan Xaliq oğlu Yusubov idarə etdiyi UAZ markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi yol kənarındakı dağa çırpılıb.

Qəza nəticəsində sürücü və avtomobildə olanlar - 1998-ci il təvəllüdlü Cavid Raqib oğlu Dadaşzadə və 1967-ci il təvəllüdlü Mirzə Miri oğlu Ağayev xəsarət alıblar.

Bu xəbər hal-hazırda çox oxunur
Nazirlik araşdırmaya başladı: şok faktlar - VİDEO

Hər üç yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol