Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir

02:00 - 25 Avqust 2024 - SAĞLAMLIQ

 Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir

Zeytunun tərkibində insan orqanizmi üçün çoxlu faydalı maddələr var, lakin onun həddindən artıq istehlakı sağlamlığa ciddi ziyan vura bilər.

BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, bunu tibb elmləri doktoru, dietoloq Mixail Qinzburq “Sputnik”ə müsahibəsində deyib.

“Aralıq dənizi və Fransa mətbəxində yüksək qiymətləndirilən zeytun yağı bir sıra müalicəvi xüsusiyyətlərə malikdir. Omeqa-9 doymamış yağ turşuları ilə zəngin olan bu yağı normada istehlak etsək, iltihablanma riskini və damar xəstəliklərinin yaranma riskini azaltmış olarıq”, - deyə dietoloq bildirib.
Onun sözlərinə görə, bu meyvənin əsas faydası həm də tərkibində antioksidantların və müxtəlif mikro və makroelementlərin yüksək olmasındadır.

“Lakin zeytun adətən duzlanır və ya turşu halında istehlak edilir. Bu da zeytunu çox yüksək duz ehtiva edən məhsula çevirir. Belə qidanın həddindən artıq istehlakı damar divarlarına mənfi təsir göstərir və hipertoniyanın inkişafına səbəb olur.

Bu xəbər hal-hazırda çox oxunur
Boşananlara bəd xəbər: aliment artırılır

Tədqiqatlar artıq duzun hardasa əlavə şəkər qədər təhlükəli olduğunu və erkən ölümə səbəb olduğunu göstərir”, - deyə ekspert qeyd edib.

Qinzburq əlavə edib ki, optimal miqdar gündə 2-3 ədəddir:

“Eyni zamanda, əgər piylənmə əlamətləri varsa və ya hipertoniyadan əziyyət çəkirsizsə, zeytunu ümumiyyətlə qida rasionuna daxil etməməyiniz daha yaxşı olar”.

Qeyd edək ki, bundan əvvəl sağlam qidalanma üzrə mütəxəssis Tatyana Meşçeryakova bildirmişdi ki, həddindən artıq duz istehlakı hipertoniyaya gətirib çıxarır. O, bunun həmçinin ödemə, çəki artımına səbəb olduğunu, böyrək funksiyasını, maddələr mübadiləsini pozduğunu diqqətə çatdırmışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol