ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun İsrailə səfər edib və burada onun İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi ilə görüşü nəzərdə tutulur.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Hərbi liderlər Yaxın Şərqdəki təhdidlərə cavab tədbirləri çərçivəsində regionda birgə təlimlə bağlı təhlükəsizlik məsələləri və strategiyaları müzakirə edəcəklər.
Bildirilib ki, İsrail ordusu regional sabitliyi və iki ordu arasında koordinasiyanı gücləndirmək öhdəliyinin bir hissəsi olaraq ABŞ silahlı qüvvələri ilə əlaqələri dərinləşdirməyə davam edəcək.
- Zakir Həsənov İsrailin müdafiə naziri ilə görüşdü
- Rəşadı buna görə ürəyindən vurdular... - Şok fakt açıqlandı
- Saakyan məhkəmədə bunları etiraf etdi
- Onu döyüb öldürüblər, hadisədən bir gün əvvəl... - Elgünün anası
- Hadruta gələn iranlı general kimdir? - Foto
- Əliyev və Paşinyan arasında danışıqlar ola bilər - Simonyan
- Azərbaycana göndərilən yük müsadirə edildi
- Babayev bu vəsaitləri niyə yalnız iri banklara yerləşdirir? - Rəsmi