Bu yaxınlarda Ukrayna "Palyanitsa" adlı hibrid silah hazırladı. Bu dron raketi Rusiya işğalçıları üçün ciddi problem ola bilər.
BUTA.TV xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Roman Svitan deyib.
Ehtiyatda olan polkovnikin sözlərinə görə, dron raketi qanadlı bir borudan ibarətdir. İçərisində 1000 kilometrə qədər məsafəyə uça bilən bir turbojet ikikonturlu dövrəli mühərrik, həmçinin 500 kiloqrama qədər yükü daşıya bilən bir döyüş başlığı var.
Svitan bildirib ki, bu bir dron raketi olduğuna görə çox ucuz ola bilər.
Svitan əlavə edib ki, yeni silahın mənzili Volqa çayına qədər çata bilər və bu radiusda Rusiyanın 20-25 aerodromu var.
- Zakir Həsənov İsrailin müdafiə naziri ilə görüşdü
- Rəşadı buna görə ürəyindən vurdular... - Şok fakt açıqlandı
- Saakyan məhkəmədə bunları etiraf etdi
- Onu döyüb öldürüblər, hadisədən bir gün əvvəl... - Elgünün anası
- Hadruta gələn iranlı general kimdir? - Foto
- Əliyev və Paşinyan arasında danışıqlar ola bilər - Simonyan
- Azərbaycana göndərilən yük müsadirə edildi
- Babayev bu vəsaitləri niyə yalnız iri banklara yerləşdirir? - Rəsmi