Riçard Almeyda “Qarabağ”ın forması ilə Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.
BUTA.TV xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının IV turuna təsadüf edib.
O, “Turan Tovuz”la ev görüşündə (0:1) meydana çıxıb. Riçard 250 matçda 51 qola imza atıb.
2012/13 mövsümündən fasilələrlə “Qarabağ”da çıxış edən Almeydanın debütü 2012-ci il avqustun 5-nə təsadüf edib. O, “İnter”lə (indiki “Şamaxı”) səfər matçında (1:1) şans qazanıb.
Riçard Azərbaycan çempionatları tarixinə eyni klubda 250 və daha çox oyun keçirən 5-ci futbolçu kimi düşüb. Bu göstəricidə mütləq rekord onun sabiq komanda yoldaşı Maksim Medvedevə məxsusdur – 376 matç. Qara Qarayevlə Aslan Kərimov da “Qarabağ”da, Rahid Əmirquliyev “Xəzər Lənkəran”da “250”ni geridə qoyub.
- Dedilər ki, sizin Zəngəzur dəhliziniz var, gedin oradan keçin...
- Yevdokimov: Bakı ilə bu rəqəm 5 milyarda çatacaq
- Arakçının müavini Bakıda bu şöbəyə getdi, göstəriş verdi
- Uitkoff-Uşakov danışığını MKİ yayıb? - Ekspert
- Sabiq nazirlərin pensiyası nə qədər olacaq? - Özləri danışdı
- “Lukoyl” özünü satışa çıxarır: ABŞ bundan qorxur...
- Xəzər dənizinin səviyyəsi 250 il enir - Professor
- Hikmət Hacıyev Türkiyə nümayəndələri ilə görüşdü