Fransada saxlanılan teleqramın həmtəsisçisi Pavel Durovun Bakı səfəri zamanı bloqer Hüseyn Həsənovla görüşdüyünü əks etdirən görüntülər ortaya çıxıb.
“BUTA.TV” xəbər verir ki, sözügedən videonu "SHOT" teleqram kanalı yayıb. Bildirilib ki, Pavel Durovun həbs olunmazdan əvvəl əlaqə saxladığı sonuncu şəxs Hüseyn Həsənov olub. O, Azərbaycanda bloqer və 24 yaşlı bloqer Yuliya Vavilova ilə Xəzər dənizinin sahilində yerləşən Bakının məşhur restoranından birində səhər yeməyi yeyib.
Bir neçə saat sonra Durov və Vavilova milyarderin şəxsi təyyarəsi ilə Parisə uçublar.
Xatırladaq ki, P. Durov avqustun 24-də axşam saatlarında Parisin Le-Burje hava limanında saxlanılıb. Fransa mediası yazır ki, Durov Fransada axtarışda olan şəxslər siyahısına daxil edilib. Onun saxlanmasına dair order Fransa məhkəmə polisi tərəfindən ilkin istintaqa əsasən verilib. Fransa hakimiyyəti teleqramda moderasiyanın olmaması səbəbindən Durovu narkotik alverində, uşaqlara qarşı cinayətlərdə və dələduzluqda günahlandırır. İddialara görə, iş adamını 20 ilə qədər həbs gözləyir. Paris Prokurorluğu avqustun 26-da Pavel Durov işi ilə bağlı açıqlama yayacağını bildirib.
Fotoda Yuliya Vavilova
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir