Avqustun 26-dan sentyabrın 2-dək milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə BUTA.TV-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Göygöl Milli Parkında sabit, əsasən yağmursuz hava şəraiti gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-29° isti olacaq.
Şahdağ Milli Parkına səyahət edənləri xoş əhval ruhiyyəli, əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 28-32° isti olacaq.
Altıağac Milli Parkına gəlincə, səfalı bölgəyə getmək istəyənləri əsasən yağmursuz hava şəraiti gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti , gündüz 22-27° isti olacaq.
Samur –Yalama Milli Parkına səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləyəcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 29-33°isti olacaq.
Şirvan Milli Parkında sabit, əsasən yağmursuz hava şəraiti gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq.
Ağgöl Milli Parkında isə havanın sabit, yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq.
Qızılağac Milli Parkında səyahətçiləri əsasən yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-33° isti olacaq.
Hirkan Milli Parkında isə əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin 19-u və 20-də gündüz saatlarında qısamüddıtli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-33° isti olacaq.
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi