Pavel Durovun köməkçisi və mühafizəçisi sərbəst buraxılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Fransanın “Fiqaro” nəşri Durovun işinə yaxın olan mənbəyə istinadla məlumat yayıb.
“Teleqramın təsisçisi Pavel Durovun onu daim izləyən mühafizəçisi və köməkçisi dindirildikdən sonra sərbəst buraxılıb”, - məlumatda qeyd olunub.
Mətbuat buraxılan şəxslərin adlarını açıqlamasa da, Durovun köməkçisinin Yuliya Vavilova olduğu bildirilir. Durov Bakıdan Parisə Yuliya Vavilova ilə birlikdə uçmuşdu.
Rusiya Teleqram kanalları isə Vavilovanın milyarderin sevgilisi olduğunu yazmışdılar.
- Trampdan Azərbaycan açıqlaması: Bunu həll etdim!
- Fransanın Bakıya göndərdiyi səfir barədə - Yeni detallar
- Nazirlik araşdırmaya başladı: şok faktlar - VİDEO
- Müharibədən sonra ölkəmizə gələn ukraynalıların sayı...
- Müğənni Rəqsanənin həbsinə dair iddialar: Aysun son nöqtəni qoydu
- “Rusiya Azərbaycana qarşı ikinci cəbhə açmağa cəsarət etməz” - Tofiq Zülfüqarov
- 15 yaşlı oğlanın qətli: 10 manata görə...
- Sabah 18 kənddə qaz olmayacaq