Bakının Nəsimi rayonunun yeni icra başçısının kim olacağı dəqiqləşib.
BUTA.TV-ın əldə etdiyi məlumata görə, bu posta Naftalan şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov gətirilir. Onunla bağlı müvafiq sərəncamın sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərindən dərhal sonra elan olunacağı bildirilir.
Qeyd edək ki, Vüqar Novruzov 04 dekabr 2019-cu ildə Naftalan şəhər icra hakimiyyətinin başçısı təyin olunub. Novruzovun Naftalanda apardığı quruculuq-abadlıq işləri, xüsusilə sosial problemlərin həlli istiqamətində həyata keçirdiyi layihələr ölkə rəhbərliyi tərəfindən müsbət qarşılandığı üçün ona daha böyük etimad göstərilməsinə qərar verilib.
Xatırladaq ki, Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov parlament seçkilərinə qatılıb. Onun namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Əsgərov namizəd olduğu 112 saylı Zaqatala seçki dairəsində favoriti sayılır.
Qüvvədə olan qanunvericiliyə görə, Milli Məclisin üzvü icra orqanlarında vəzifə tuta bilməz.
- Yevdokimov: Bakı ilə bu rəqəm 5 milyarda çatacaq
- Arakçının müavini Bakıda bu şöbəyə getdi, göstəriş verdi
- Uitkoff-Uşakov danışığını MKİ yayıb? - Ekspert
- Sabiq nazirlərin pensiyası nə qədər olacaq? - Özləri danışdı
- “Lukoyl” özünü satışa çıxarır: ABŞ bundan qorxur...
- Xəzər dənizinin səviyyəsi 250 il enir - Professor
- Hikmət Hacıyev Türkiyə nümayəndələri ilə görüşdü
- Azərbaycan sərhədində yanğın: 1 xilasedici öldü, 4-ü yaralandı