Bakıda rəisin 190 minini mənimsəyən şəxs həbs edildi

17:26 - 27 Avqust 2024 - GÜNDƏM

 Bakıda rəisin 190 minini mənimsəyən şəxs həbs edildi

Bakıda yüksək vəzifəli məmurun 190 min manatını mənimsəyən şəxsə hökm oxunub.

BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, 1970-ci ildə Kəlbəcər şəhərində anadan olmuş İsmayıl Vəliyev (soyad şərti) İlqar Süleymanov adlı vəzifəli şəxsin 190 min manatını mənimsəyib.

Belə ki, İlqar Süleymanov və İsmayıl Vəliyev ləğv edilən Vergilər Nazirliyində birlikdə çalışıb, yaxın dost olublar. İlqar Süleymanov təqsirləndirilən şəxsə inanaraq 2014-cü ilin avqust ayında Nəsimi rayonu ərazisində yerləşən Qış Parkının yaxınlığında inşa edilməkdə olan yaşayış binasından 3 otaqlı mənzil almaq üçün 140 min, həmçinin həyat yoldaşına "Cip" markalı avtomobil alması üçün 50 min manat pul verib.

İsmayıl həmin pulları mənimsədiyi üçün İlqar Süleymanovun şikayəti əsasında 2015-ci ildə Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə ittiham edilib və 6 il müddətinə azadlıqdan məhrum olunub. Azadlığa çıxdıqdan sonra yenidən İlqar Süleymanovla aralarında borc müqaviləsi imzalanıb. Amma İsmayıl 2024-ci ilin fevral ayında 190 min manatı qaytarmadığı üçün yenidən saxlanılıb.

İsmayıl Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 4 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İlqar Süleymanov hazırda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Hüquq İdarəsinin rəisi vəzifəsində çalışır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol