Dövlət Vergi Xidmətindən şikayətlərlə bağlı açıqlama

18:24 - 27 Avqust 2024 - GÜNDƏM

 Dövlət Vergi Xidmətindən şikayətlərlə bağlı açıqlama

İyul ayı ərzində vergi orqanlarına 42.018 müraciət daxil olub ki, onların da 96,0 faizini ərizələr, 3,9 faizini şikayətlər, 0,1 faizini isə müxtəlif təkliflər təşkil edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən BUTA.TV-a bildirilib ki, daxil olmuş müraciətlərdən 92,1 faizinin baxılması hesabat ayı ərzində başa çatdırılıb, 7,9 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 59,7 faizi həll edilib, 39 faizi barədə müvafiq izahat verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul olunub.

İyul ayı ərzində daxil olmuş şikayətlərin faktiki sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz azalaraq 1402 təşkil edib. Həll edilmiş şikayətlərin 70,8 faizi kameral vergi yoxlaması, 4 faizi vergi borcu, 3,8 faizi sosial sığorta ödənişləri, 2,2 faizi vergi ödəyicisinin qeydiyyatı, 1,4 faizi maliyyə sanksiyalarının silinməsi, 1,2 faizi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyaların qaytarılması və əvəzləşdirilməsi, 1 faizi şəxsi hesab vərəqələri, 15,6 faizi isə digər məsələlər ilə bağlı olub.

Hesabat dövründə Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 69, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 5 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir müraciətə fərdi qaydada yanaşılıb, qanuni tələblərin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol