2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat- təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun YAP Binəqədi rayon təşkilatında seçicilərlə görüşü keçirilib.
BUTA.TV yap.org.az-a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasi strategiyasının məntiqi nəticəsi olaraq Azərbaycan güclənib, inkişaf edib, öz müstəqil xarici siyasət kursu ilə beynəlxalq nüfuzunu möhkəmləndirib:
“Bu gün də uğurlarımız ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə davam edir. Bütün dünya Azərbaycanın əldə etdiyi nailiyyətləri görür və təqdir edir. Zaman-zaman müxtəlif beynəlxalq təsisatlar hesabatlarında ölkəmizin inkişaf tempinin müqayisəolunmaz dərəcədə olması ilə bağlı qeydlər edirlər”.
Daha sonra görüşdə çıxış edən deputatlığa namizəd Kamaləddin Qafarov qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər tariximizin ən unudulmaz və qürurlu səhifələrindən biridir:
“Bu xoşbəxtliyi bizlərə yaşadan, 30 illik həsrətimizə son qoyan, soydaşlarımızın öz ata-baba yurdlarına qayıdışını təmin edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Ordumuza hər zaman minnətdar olmalı və onların dövlətimiz, xalqımız qarşısındakı xidmətlərini unutmamalıyıq”.
O, daha sonra seçki platforması ilə bağlı məlumat verib və seçiciləri qarşıdan gələn seçkilərdə YAP-ın namizədinə səs verməyə çağırıb.
Görüşdə seçicilər Asəf Zamanov, Fikrət Əliyev və digərləri çıxış ediblər. Onlar yeni dövrə yeni Azərbaycanla gedəcəklərini, YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi
- Bakının tələbi var, yoxsa demarkasiya olmayacaq - Sərkisyan
- Polşa səfiri XİN-ə çağırıldı