"Qarabağ" istəkli rəqibə qarşı oynayır. Avropada da özündən söz etdirib. Bu, təmsilçimizin keçə biləcəyi rəqibdirmi? Əlbəttə. Biz "Qarabağ"a hər zaman inanmışıq.
BUTA.TV xəbər verir ki, bunu Report-a müsahibəsində Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Qarabağ"ın bu gün "Dinamo"ya qarşı keçirəcəyi Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçı barədə danışarkən deyib.
27 yaşlı hücumçu ilk qarşılaşmadakı nəticənin oyuna görə olmadığını vurğulayıb:
"Bəlkə də üçüncü qol artıq idi. Əvvəlki açıqlamamda Zaqreb təmsilçisinin nəticəyə oynayan təcrübəli komanda olduğunu demişdim. Bu turnirləri təhlil edib yaxşı baş çıxara bilirlər. Keçən il mən orada olanda uğursuzluqlarımız olmuşdu. Avropa Liqasında evdə Çexiyanın "Sparta" klubuna 3:1 qalib gəlsək də, səfərdə 1:4 hesabı ilə uduzmuşduq. Belə hallar da olur. Düşünürəm ki, hər komanda belə dönəmdən keçir. "Dinamo" çox yaxşı formadadır".
Qeyd edək ki, "Qarabağ" - "Dinamo" görüşü bu gün, saat 20:45-də start götürəcək. Zaqrebdəki ilk qarşılaşmada meydan sahibləri üç cavabsız qolla qalib gəlib.
- Sabah 18 kənddə qaz olmayacaq
- Paşinyan Pezeşkianı azərbaycanca salamladı - Video
- Həmişə Ermənistanı müdafiə etmişik... - Pezeşkian
- Razılaşma Zelenskinin reytinqinə zərbə olacaq - Politoloq
- Bakı xəbərdarlıq etmişdi, Kreml SOCAR-ı qəsdən vurdu, nəticə...
- SOCAR-ın vurulan obyektlərinin bərpası... - Kuleba
- Zəngəzur dəhlizi İran üçün yeni fürsətdir - Zərif
- SOCAR-ın bazasına hücum: Zelenskidən reaksiya…