Biləsuvar rayonunda təmir olunan yolda yük avtomobilləri aşıb.
BUTA.TV xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Naxçıvana yanacaq daşıyan sürücü Sərvər Həsənovun idarə etdiyi dizel yüklü avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü yüngül xəsarət alsa da, avtomobildəki yanacağın bir hissəsi yol kənarında dağılıb.
Eyni yerdən bir neçə yüz metr kənarda isə Biləsuvar sakini Atakişi Fərəclinin idarə etdiyi tikinti materialları ilə yüklü “Şaqman” markalı yük avtomobili yol kənarına aşıb.
Faktla bağlı araşdırma aparılır.
- Sabiq nazirin evi 5-ci dəfə hərracda - Yenə ucuzlaşdı
- Bakıda möhtəşəm gecə - “Qarabağ” sevindirir+Fotolar
- Xəbərdarlıq: "28 May" stansiyasının I çıxışında...
- Hərbçilərə bu məlumatları vermək qadağandır! - Video
- Sürücülərin nəzərinə: Bu yol bağlanacaq!
- Nərgiz Muxtarovaya hökm oxundu
- Qazdan istifadə qaydaları dəyişdi - Qərar
- Zakir Həsənov italiyalı admiralı qəbul etdi