Suriya ilə Türkiyə arasında münasibətlrəin normallaşması məsələdi yenidən gündəmə gəlib. Türkiyə Xarici işlər Nazirliyindəki mənbələr münasibətlərin normallaşması üçün lazım olan şərtlər barədə açıqlama verib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Ankara tərəfindən bu 4 şərt əsas hesab edilir:
1. Suriyanın ərazi bütövlüyü və suverenliyini qorumaq üçün ərazisini terrorçu ünsürlərdən təmizləmək,
2. Suriya hökumətinin öz xalqı ilə, xalqının haqlı tələb və gözləntiləri əsasında BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində əsl milli sülhə nail olmaq,
3. Bununla əlaqədar təhlükəsiz qayıdış üçün lazımi şəraitin yaradılması,
4. Humanitar yardımların fasiləsiz davam etdirilməsi.
Bildirilib ki, bu şərlər qəbul edilərsə, Suriya və region ölkələrinin təhlükəsizliyinə töhfə verə biləcək addımlara yol açılacaq.
Liderlər səviyyəsində görüş prosesin gedişinə uyğun baş tutacaq.
- Sabiq nazirin evi 5-ci dəfə hərracda - Yenə ucuzlaşdı
- Bakıda möhtəşəm gecə - “Qarabağ” sevindirir+Fotolar
- Xəbərdarlıq: "28 May" stansiyasının I çıxışında...
- Hərbçilərə bu məlumatları vermək qadağandır! - Video
- Sürücülərin nəzərinə: Bu yol bağlanacaq!
- Nərgiz Muxtarovaya hökm oxundu
- Qazdan istifadə qaydaları dəyişdi - Qərar
- Zakir Həsənov italiyalı admiralı qəbul etdi