Rusiya Azərbaycanın Qarabağ ermənilərinin reinteqrasiyası planı ilə tanışdır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Qarabağı könüllü olaraq tərk etmiş ermənilərin geri qayıtması məsələsini şərh edərkən deyib.
O deyib ki, bu əhalini müxtəlif cür, o cümlədən “son vaxtlara qədər orada yaşayanlar” kimi adlandırmaq olar.
“Erməni tərəfinin bununla bağlı hər hansı ətraflı proqramı varmı? Əgər olsaydı, şərh edərdim. Niyə başqa dövlətin nümayəndəsindən bu məsələni necə gördüyümüzü soruşursunuz? Biz [Rusiya] tərəfləri bu problemi həll etməyə təşviq edirik, lakin başa düşdüyünüz kimi, əldə edilmiş razılaşmaları həyata keçirmədən bunu etmək kifayət qədər çətindir”, - o əlavə edib.
M.Zaxarova vurğulayıb ki, Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci ildə və daha sonra əldə edilmiş üçtərəfli razılaşmaları əsas götürür. Bu razılaşmalar hələ də Azərbaycan-Ermənistan barışığının əsasını təşkil edir: “Biz hesab edirik ki, onların alternativi yoxdur”.
XİN nümayəndəsi qeyd edib ki, üçtərəfli saziş Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün bütün əsas yolları, o cümlədən sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası və demarkasiyası, regionda nəqliyyat kommunikasiyalarının açılması və vətəndaş cəmiyyətinin xətti ilə əlaqələrin inkişafını əhatə edir.
O vurğulayıb ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması Rusiya Prezidentinin Azərbaycana son dövlət səfəri zamanı da ətraflı müzakirə olunub.
- Ukraynada Azərbaycan abidələrinin mühafizəsinə başlandı
- İranda yaşam mücadiləsi: Molla rejimi pulları hara xərcləyir? - Video
- Ağdamın ağ günləri geri qayıdır
- Ermənistan nümayəndə heyəti Azərbaycana nə vaxt gəlir?
- Rusiya ilə gərginlik Bakını ABŞ-la yaxınlaşdırdı Herbst
- Prezident Omanın Sultanını təbrik etdi
- Azərbyacan bu platformaya qoşulacaq - Herbst
- Rəşt–Astara dəmir yolu nə vaxt hazır olacaq? - İrandan açıqlama