Pavel Durov Fransa polisinə bildirib ki, saxlanıldığı günün axşamı Emmanuel Makronla şam yeməyində olmalı imiş.
Fransız mediasının yazdığına görə, sahibkar Makronun onu şəxsən görüşə çağırdığını deyib. "Wall Street Journal"ın əldə etdiyi informasiyaya əsasən, Fransa prezidenti Durovu "Teleqram"ın baş ofisini Parisə köçürməklə bağlı dilə tutmaq istəyirmiş, amma o imtina edib. Fransalı siyasətçi Florian Filippo özünün "X" hesabında bildirib ki, Makrondan belə davranış gözlənilə bilər.
Bu arada bəlli olub ki, 2017-ci ildə fransız casuslar Durovun smartfonuna girə biliblər. Birləşmiş Ərəb Əmirliklərilə müştərək keçirilən bu əməliyyat "Al qırmızı musiqi" adlanırmış.
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Atasını itirən Messiyə təsirli jest - Fotolar
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video