Erməni daşıma şirkətləri İrəvanın böyük yükdaşıma məntəqələrinin olduğu Çarbax rayonunda aksiya keçirir. Onlar hakimiyyətdən kənar daşınmanın tənzimlənməsi üçün tədbirlər görməyi tələb edirlər.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, erməni şirkətləri Türkiyə və Gürcüstan daşıyıcıları ilə qeyri-bərabər rəqabət şəraitindən şikayətlənirlər.
“Müxtəlif ölkələrdə yük tarifinə daxil olan ixrac və idxalın dəyəri fərqlidir. Ermənistanda ixrac idxaldan ucuz, Gürcüstanda isə əksinədir. Bu fərqdən istifadə edən gürcü və türk yük daşıyıcıları Ermənistan da daxil olmaqla bütün daşıma sektorunu nəzarətə götürüblər”, - aksiya iştirakçılarından biri bildirib.
Onun sözlərinə görə, bu, erməni ekspeditorların tədricən bazardan sıxışdırılmasına səbəb olub:
“Türkiyə vətəndaşları Gürcüstanda kütləvi şəkildə daşıma şirkətləri açmağa, türk sürücülər gətirməyə və gürcü ekspeditorları ilə birlikdə üçüncü ölkəyə daşıyıcı kimi Ermənistan bazarına daxil olmağa başlayandan sonra vəziyyət xüsusilə pisləşdi”.
- Sürücülərin nəzərinə: Bu yol bağlanacaq!
- Nərgiz Muxtarovaya hökm oxundu
- Qazdan istifadə qaydaları dəyişdi - Qərar
- Zakir Həsənov italiyalı admiralı qəbul etdi
- Baş nazirdən yeni qərar...
- Ruslan Abdullayev müşavir təyin olundu - Foto
- Bakıda təmir gedən yollar açıqlandı
- Sabah Bakının bu ərazilərində qaz olmayacaq