Pavel Durov (Teleqramın yaradıcısı – red) hələ də Rusiya Federasiyasının vətəndaşıdır.
BUTA.TV xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Fransa vətəndaşlığını almasına gəlincə, bizim bununla bağlı məlumatımız yoxdur, bu, bizim işimiz deyil", - Kreml sözçüsü bildirib.
Qeyd edək ki, Pavel Durov avqustun 24-də Parisin Le-Burje hava limanında saxlanılıb və ona qarşı 12 cinayət işi üzrə ittiham irəli sürülüb. İş adamı hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina etməkdə, yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərinin saxlanmasında və yayılmasında, narkotik vasitələrin əldə edilməsində, satışı və ya ötürülməsində iştirakda, dələduzluqda iştirakda ittiham olunub.
P.Durov barəsində ittiham irəli sürülüb və məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
- Nərgiz Muxtarovaya hökm oxundu
- Qazdan istifadə qaydaları dəyişdi - Qərar
- Zakir Həsənov italiyalı admiralı qəbul etdi
- Qaz istehlakçıları üçün yeni qaydalar təsdiqləndi
- Baş nazirdən yeni qərar...
- Ruslan Abdullayev müşavir təyin olundu - Foto
- Bakıda təmir gedən yollar açıqlandı
- Sabah Bakının bu ərazilərində qaz olmayacaq