Şərqi Aralıq və Egey dənizində müxtəlif təxribatlar törədən Yunanıstan 3 ölkəyə və Cənubi Kiprə dəstək verərək Türkiyə ilə müharibəyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin "Birlik" qəzeti məlumat yayıb.
Yunanıstan, Fransa, İtaliya və Cənubi Kiprin iştirakı ilə Şərqi Aralıq dənizi, Cənubi Egey və Krit adasının ətrafında genişmiqyaslı hərbi təlimlər keçiriləcək.
Təlimin keçiriləcəyi bölgələr arasında Türkiyənin Liviya ilə qurduğu dəniz yurisdiksiyaları da var.
14 sentyabr 2024-cü ildə başlayacaq "Eunomia-24" (Ədalət) adlı dördtərəfli təlimə Yunanıstanın Dəniz, Hərbi Hava Qüvvələri və Quru Qoşunları Xüsusi Birlikləri, digər ölkələr də Dəniz və Hərbi Hava Qüvvələri ilə iştirak edəcək.
Bildirilir ki, təlimin məqsədi aviasiya əməliyyatları sahəsində əməkdaşlığı gücləndirmək, regionda naviqasiya azadlığını təmin etmək, iştirakçı bölmələrin qarşılıqlı fəaliyyət və döyüş qabiliyyətini gücləndirməkdir.
Qeyd edək ki, “Eunomia” adlı təlim ilk dəfə 2020-ci ildə başlayıb.
- Prezidentin səhhəti pisləşəndə Mehdiyev Moskvaya zəng etdi
- Azərbaycanda Vatsap istifadəçilərinə xəbərdarlıq
- Bakının üç rayonunda qaz təchizatı dayandırılır
- Azərbaycan və Niderland arasında mühüm müzakirə
- FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi
- Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya
- Mirzoyan Rubionun müavini ilə görüşdü
- İdmançımız qəzaya düşdü - Anbaan video