Oğuz rayonunda çaydan kişi meyiti tapılıb.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, hadisə Əlicançay çayında qeydə alınıb.
Belə ki, Oğuz rayon sakini, 1971-ci il təvəllüdlü Teymur Əmrah oğlu Budaqov istirahət etmək məqsədilə çay sahilə gedib. O, çay kənarında yemək yeyib spirtli içki qəbul etdikdən sonra sərinləmək üçün çayda çimmək qərarına gəlib. 53 yaşlı Budaqov spirtli içkinin təsiri altında çayda çimərkən boğularaq ölüb. Meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
- Nərgiz Muxtarovaya hökm oxundu
- Qazdan istifadə qaydaları dəyişdi - Qərar
- Zakir Həsənov italiyalı admiralı qəbul etdi
- Qaz istehlakçıları üçün yeni qaydalar təsdiqləndi
- Baş nazirdən yeni qərar...
- Ruslan Abdullayev müşavir təyin olundu - Foto
- Bakıda təmir gedən yollar açıqlandı
- Sabah Bakının bu ərazilərində qaz olmayacaq