Azərbaycan UEFA əmsallar cədvəlində xal ehtiyatını artırıb.
BUTA.TV xəbər verir ki, bu, "Zirə"nin ötən gün Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında Kiprin "Omoniya" kollektivini məğlub etməsi (1:0) sayəsində mümkün olub.
Səfərdə rəqibinə altı cavabsız qolla uduzan "qartallar" doğma meydandakı qələbə sayəsində ölkə reytinqinə 0.250 əmsal qazandırıb (bu mərhələdə qələbəyə görə bir, heç-heçəyə görə isə yarım xal verilir, yekun nəticə klubların sayına (4) bölünür). Çempionlar Liqasında "Dinamo"ya uduzan (0:2) "Qarabağ" bu həftə əmsallar cədvəlinə töhfə verə bilməyib.
Hazırda 26-cı sırada yer alan Azərbaycanın əmsalı 19.125-ə çatıb. Cari mövsümdə ölkəmizin qazancı 2.375 xala bərabərdir. Ölkə reytinqi üçün "Zirə" 1.250 xal, "Qarabağ" 0.750 xal, "Sabah" 0.250 xal və "Sumqayıt" 0.125 xal töhfə verib.
55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (89.303) başçılıq edir.
- Sabah 18 kənddə qaz olmayacaq
- Paşinyan Pezeşkianı azərbaycanca salamladı - Video
- Həmişə Ermənistanı müdafiə etmişik... - Pezeşkian
- Razılaşma Zelenskinin reytinqinə zərbə olacaq - Politoloq
- Bakı xəbərdarlıq etmişdi, Kreml SOCAR-ı qəsdən vurdu, nəticə...
- SOCAR-ın vurulan obyektlərinin bərpası... - Kuleba
- Zəngəzur dəhlizi İran üçün yeni fürsətdir - Zərif
- SOCAR-ın bazasına hücum: Zelenskidən reaksiya…