Milliyə çağırılan heç bir futbolçu ulduz deyil, ulduz göydə olur.
BUTA.TV xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında keçiriləcək İsveçlə oyundan öncə mətbuat konfransında bildirib.
Portuqaliyalı mütəxəssis alternativlər oıduğunu deyib:
"Avrokubok oyunlarını izlədim. Heyəti bu şəkildə açıqlamaq qərarına gəldim. Xaricdə oynayanlar zədələnsə, onları yerli futbolçular əvəz edəcək. Bütün çempionat oyunlarını izləyirik. "Turan Tovuz"dan iki oyunçu dəvət etmişik. Bu, onların lider olması ilə əlaqədar deyil. 4 komandadan futboloçu cəlb olunmayıb. Lakin heç kim deyə bilməz ki, gələcəkdə onlardan heç kim dəvət almayacaq".
Qeyd edək ki, yığma Millətlər Liqasında sentyabrın 5-də Bakıda İsveçlə, ayın 8-də isə Koşitsedə Slovakiya ilə qarşılaşacaq.
- Sabiq nazirlərin pensiyası nə qədər olacaq? - Özləri danışdı
- “Lukoyl” özünü satışa çıxarır: ABŞ bundan qorxur...
- Xəzər dənizinin səviyyəsi 250 il enir - Professor
- Hikmət Hacıyev Türkiyə nümayəndələri ilə görüşdü
- Azərbaycan sərhədində yanğın: 1 xilasedici öldü, 4-ü yaralandı
- Ceyhun Bayramov Roma Papası ilə görüşdü
- Xələf Xələfov Ərdoğanın baş müşaviri ilə görüşdü
- Ən aktiv ikinci ordu: Azərbaycanda da hərbçiləri var..