Paytaxtın Nəsimi rayonunda metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında ictimai iaşə obyektlərində sakinləri narahat edən hallarla bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülür.
BUTA.TV Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə danışan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Qafarov bildirib ki, həmin ərazidə mövcud olan sanitar-epidemioloji vəziyyət, ictimai iaşə obyektlərinin yol verdiyi məişət səs-küyü və digər neqativ hallarla bağlı təkcə son 1 ay ərzində 9 müxtəlif məzmunda profilaktik tədbir keçirilib:
"Buna baxmayaraq, hələ də bəzi obyektlərdə sakinləri narahat edən halların qarşının alınması məqsədilə vətəndaşların müraciətləri nəzarətə götürülüb".
- Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...
- Prezidentin ad günündən ailə - Fotosu
- Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video
- İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...
- AZAL təyyarəsində həlak olanların xatirəsinə plitə ucaldıldı
- Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video
- ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev
- Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!