Pakistanın Hayber Paxtunxva əyalətindəki torpaq sürüşməsi nəticəsində 1 ailənin 12 üzvü həlak olub. Polis və xilasedici dəstələr cəsədləri çıxarıblar.
BUTA.TV xəbər verir ki, polis və xilasedici dəstələrin verdiyi məlumata görə, torpaq sürüşməsi şiddətli yağışlar nəticəsində gecə vaxtı baş verib.
Dəhşətli hadisədən az müddət sonra xilasedici dəstələr artıq hadisə yerində olublar. Lakin güclü yağışın davam etməsi səbəbindən onların işləri ləngiyib.
Siklonun Pakistanın digər bölgələrinə, xüsusilə dəniz kənarı ərazilərinə yayılacağı gözlənilir. Pakistanın ən çox əhalisi olan Kəraçi əyalətində də şiddətli yağışlar gözlənilir.
- Zakir Həsənov italiyalı admiralı qəbul etdi
- Qaz istehlakçıları üçün yeni qaydalar təsdiqləndi
- Baş nazirdən yeni qərar...
- Ruslan Abdullayev müşavir təyin olundu - Foto
- Bakıda təmir gedən yollar açıqlandı
- Sabah Bakının bu ərazilərində qaz olmayacaq
- Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!
- Bağlı qalmış daha 218 cinayət işi açılıb - DİN