Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov “Paris-2024” Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
BUTA.TV xəbər verir ki, K44 kateqoriyası üzrə 70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bu mərhələdə özbəkistanlı Javokhir Alikulovla qarşılaşıb.
Rəqibinə 7:2 hesabı ilə qalib gələn dünya və Avropa çempionumuz adını finala yazdırıb.
Qeyd edək ki, Azərbaycan sentyabrın 8-dək davam edəcək yarışda 7 növ üzrə 18 idmançı ilə təmsil olunur. Milli komandanın heyətində ötən gün parataekvondoçu Sabir Zeynalov (58 kiloqram) bürünc medal qazanıb.
- Zakir Həsənov italiyalı admiralı qəbul etdi
- Qaz istehlakçıları üçün yeni qaydalar təsdiqləndi
- Baş nazirdən yeni qərar...
- Ruslan Abdullayev müşavir təyin olundu - Foto
- Bakıda təmir gedən yollar açıqlandı
- Sabah Bakının bu ərazilərində qaz olmayacaq
- Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!
- Bağlı qalmış daha 218 cinayət işi açılıb - DİN