Xəbər verdiyimiz kimi, Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb.
BUTA.TV xəbər verir ki, bununla da Azərbaycan 1 qızıl və 1 bürünclə ölkələr arasında 22-ci yerə qalxıb.
Bundan öncə Paralimpiadanın ilk günündə parataekvondoçumuz Sabir Zeynalov (58 kq, K44) bürünc medal qazanmaqla, ölkəmizin 37-ci yerdə olmasını təmin etmişdi.
Qeyd edək ki, hazırda Çin 25 medalla (12 qızıl, 9 gümüş, 4 bürünc) 1-ci, Böyük Britaniya 15 medalla (6 qızıl, 6 gümüş, 3 bürünc) 2-ci, Braziliya isə 12 medalla (5 qızıl, 1 gümüş, 6 bürünc) 3-cü yerdədir.
Ümumilikdə 42 ölkə medal qazananlar siyahısındadır.
- Bakının üç rayonunda qaz təchizatı dayandırılır
- Azərbaycan və Niderland arasında mühüm müzakirə
- FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi
- Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya
- Mirzoyan Rubionun müavini ilə görüşdü
- İdmançımız qəzaya düşdü - Anbaan video
- Qazaxda mina partlayışı: xəsarət alan var
- ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir