Almaniyanın qərbindəki Ziegen şəhərində bir qadın avtobusda bıçaqla sərnişinlərə hücum edib. Hücum nəticəsində ən azı 5 nəfər yaralanıb.
BUTA.TV xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Polisin məlumatına görə, avtobus şəhər festivalı üçün Ziegenə gedirmiş. Cinayət zamanı avtobusda ən azı 40 sərnişin olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları bunun terror aktı olduğunu istisna edirlər.
Bildirilib ki, saxlanılan qadının 32 yaşı var. O, almandır və ruhi xəstə və narkotikin təsiri altında ola bilər. Şahidlər dindirilir.
Qeyd edək ki, Ziegen 800 illik yubileyini qeyd edir. Təşkilatçıların sözlərinə görə, diqqət çəkən məqam avqustun 30-dan sentyabrın 1-dək baş tutacaq şəhər festivalı olacaq.
- Bakının üç rayonunda qaz təchizatı dayandırılır
- Azərbaycan və Niderland arasında mühüm müzakirə
- FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi
- Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya
- Mirzoyan Rubionun müavini ilə görüşdü
- İdmançımız qəzaya düşdü - Anbaan video
- Qazaxda mina partlayışı: xəsarət alan var
- ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir