Göygöl rayonunda 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.
BUTA.TV xəbər verir ki, hadisə Hacıməlik qəsəbəsində qeydə alınıb. "Hunday" və VAZ markalı avtomobillərin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü R.Muradov aldığı xəsarətdən dünyasını dəyişib.
Qəza zamanı daha 4 nəfər - 1986-cı il təvəllüdlü T.Babayev, 1989-cu il təvəllüdlü N.Həsənova, 1995-ci il təvəllüdlü Ə.Aslanov və 1992-ci il təvəllüdlü E.Həsənzadə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Göygöl Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
- Bakının üç rayonunda qaz təchizatı dayandırılır
- Azərbaycan və Niderland arasında mühüm müzakirə
- FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi
- Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya
- Mirzoyan Rubionun müavini ilə görüşdü
- İdmançımız qəzaya düşdü - Anbaan video
- Qazaxda mina partlayışı: xəsarət alan var
- ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir