Respublika Seysmoloji Xidmət Mərkəzinin “Kompleks geokimya tədqiqatları” şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Ramidə Kərəmova vəfat edib.
BUTA.TV xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib.
Bildirilib ki, R.Kərəmova uzun sürən xəstəlikdən sonra 77 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, R.Kərəmova 1947-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geoloji-kəşfiyyat fakültəsində “faydalı qazıntılar yataqlarının axtarışı və kəşfiyyatı” ixtisası üzrə ali təhsil alıb. Daha sonra həmin universitetdə “hidrogeologiya” ixtisası üzrə aspirantura oxuyub.
Bir neçə elmi əsərin müəllifi olan R.Kərəmova həm də Azərbaycan Seysmoloqların Assosiasiyasının üzvüdür.
1979-cu ildə Azərbaycanda ilk dəfə olaraq, R.Kərəmovanın rəhbərliyi altında güclü zəlzələlərin seysmik proqnozu məsələlərinin həlli üçün yeni elmi istiqamət - seysmogeokimya işlənməyə başlayıb və elmin üç sahəsinin – hidrogeologiya, geokimya və seysmologiya kəsişməsində yaradılıb. Xəzər akvatoriyasında, Azərbaycanın və həmsərhəd ölkələrin (Rusiya-Dağıstan, Gürcüstan, Ermənistan, Türkiyə, İran) ərazilərində seysmoflüidogeodinamik (SFGD) sahələrinə əsasən seysmik vəziyyətin operativ qiymətləndirilməsi üçün ilk dəfə olaraq “SEISMOGEOCHEMICAL on-line” texnologiyası yaradılıb. O, avtomatlaşdırılmış 4 ekspress-metodlardan ibarətdir. Riyazi düsturlar və proqram təminatı üçün alqoritmlər R. Kərəmova tərəfindən hazırlanıb.
R.Kərəmova tərəfindən SFGD monitoringi asasında geolojıkəşfiyyət quyularının qazılması zamanı baş verən qəzaların qarşısının alınması üçün metod işləyib hazırlanıb.
- Bu fotoya baxın: Bu qədər lider toplanıb, ona zəng edir ki…
- Paşinyanın kofe təklifinə Əliyevdən maraqlı cavab - Video
- Bakı və İrəvanın sülh sazişi imzalamaq səyləri… - Makron
- Ukraynalılar İstanbulda ruslarla tərcüməçi ilə danışır
- İlham Əliyev Albaniyada özü ilə bağlı bu ifadəni işlətdi - Video
- İlham Əliyev Albaniyada mühüm tədbirdə iştirak edir
- Albaniyada tədbirdə iştirak edən liderlərə sürpriz - Video
- Əliyev-Paşinyan-Ərdoğan görüşü: bu hərəkət diqqət çəkdi - Video