İstanbulda yerləşən xəstəxanaların birinin təcili yardım şöbəsinə silahlı hücum edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.
Hadisə zamanı bir polis, bir jandarma, bir özəl mühafizə işçisi, iki mülki vətəndaş olmaqla 5 nəfər yaralanıb. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Hadisə zamanı xəstəxana binası və təcili yardım maşınına ziyan dəyib.
Silahlı şəxsin kimliyi müəyyənləşməsə də, onun hücum zamanı istifadə etdiyi avtomobil tərk edilmiş halda tapılıb.
Faktla bağlı araşdırma aparılır.
- Baş nazirdən yeni qərar...
- Ruslan Abdullayev müşavir təyin olundu - Foto
- Bakıda təmir gedən yollar açıqlandı
- Sabah Bakının bu ərazilərində qaz olmayacaq
- Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!
- Bağlı qalmış daha 218 cinayət işi açılıb - DİN
- Bakıda kişi arvadını küçədə güllələyib öldürdü - FOTO
- Gürcüstanı Azərbaycanla birləşdirən yeni yol çəkiləcək