Biz ötən gün rəsmi Bakıya sülh müqaviləsinin yekun variantına dair təkliflərimizi təqdim etmişik.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, sülh razılaşmasının yekun variantında mündəricat da daxil olmaqla, mövcud 17 bənddən 13-ü artıq razılaşdırılıb. Ermənistanın hökumət başçısının sözlərinə görə, sənəddəki bəndlərdə yer alan bir çox anlayışlar üzrə də razılıq əldə olunub:
“Bəndlərdəki bir çox anlayışlar razılaşdırılıb. Bizim təklifimiz ondan ibarətdir ki, razılaşdırılan bütün bəndlərin əsasında sülh müqaviləsini imzalayaq. Bunu ona görə vacib hesab edirik ki, bu bəndlərdə müqavilənin bütün əsas prinsipləri razılaşdırılıb. Ona görə də təklif edirik ki, sənədi imzalayıb ratifikasiya edək, digər məsələləri isə daha sonra razılaşdıraq”.
- Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya
- Mirzoyan Rubionun müavini ilə görüşdü
- İdmançımız qəzaya düşdü - Anbaan video
- Qazaxda mina partlayışı: xəsarət alan var
- ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir
- Qiymət 3 dəfə qalxdı, 3 gündür verilmir - Nə qədər pul “silinir”?
- C-130 buna görə qəzaya uğrayıb - “A Haber”
- Əliyevadan Milli Dirçəliş Günü ilə bağlı paylaşım - Foto