Nəticəyə görə özümlə qürur duyuram.
BUTA.TV xəbər verir ki, bu sözləri Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov deyib.
K44 kateqoriyası üzrə 70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı fəxri kürsünün ən yüksək pilləsində yer aldığı üçün sevincli olduğunu bildirib:
“Azərbaycanın Paralimpiya çempionu olan ilk parataekvondoçusu adına yiyələndim. Parisə dünya reytinqinin lideri kimi gəlmişdim. Demək olar ki, son yarışlarımın hamısını qalib kimi başa vurmuşdum. Son dünya və ikiqat Avropa çempionu idim. Nəhayət, Paralimpiya çempionluğu da qismət oldu”.
O, ən ağır döyüşünü yarımfinalda özbəkistanlı idmançıya qarşı keçirdiyini vurğulayıb:
“Sonuncu dəfə onu dünya çempionatının finalında məğlub etmişdim. Burada yenidən qələbə qazanmağı bacardım. Finalda qardaş Türkiyə idmançısı ilə qarşılaşdım. Qardaşlıq qalib gəldi”.
İ.Xəlilov dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib:
“Döyüşlər arası fasilədə yazılan şərhləri oxuyurdum. Bu şərhlər mənə motivasiya verirdi, sizin inamınızı hiss edirdim. Bu yolda mənə əməyi keçən Gənclər və İdman Nazirliyinə, Azərbaycan Taekvondo Federasiyasına, Milli Paralimpiya Komitəsinə və klubum “Neftçi” İK-ya minnətdaram. Ən böyük təşəkkür cənab Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban Əliyevaya düşür. İdmanımıza göstərdiyiniz qayğı nəticəsində Parisdə himnimizi səsləndirib bayrağımızı dalğalandırdıq".
Qeyd edək ki, Azərbaycan sentyabrın 8-dək davam edəcək yarışda 7 növ üzrə 18 idmançı ilə təmsil olunur. Milli komandanın heyətində daha əvvəl digər parataekvondoçu Sabir Zeynalov (58 kiloqram) bürünc medal qazanıb.
- Yanvarın 1-dən bu şəxslər cərimələnəcək - Rəsmi
- Ermənistan ordusu haubitsalarla Kərkiyə gedir – Video
- Hikmət Məmmədov işdən çıxarıldı
- Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir - MN
- COP29-da Qərb məsuliyyətdən yayınmağa çalışdı - Zaxarova
- Fəzail Ağamalıdan yayılan xəbərlərə reaksiya: Utanmıram!
- 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı
- İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?