İraq və Suriyanın şimalında 17, Türkiyənin Mardin əyalətində isə iki terrorçu öldürülüb.
BUTA.TV xəbər verir ki, məlumatı Türkiyə mətbuatı yayıb.
Türkiyə Müdafiə Nazirliyi bildirib ki, Silahlı Qüvvələr İraqın Qara, Metina və “Pəncə-Kilid” antiterror əməliyyat bölgəsində PKK terror qruplaşmasının 15, Suriyanın şimalında, Mənbic bölgəsində isə PKK/YPG terror qruplaşmasının iki silahlısını öldürüb.
Daxili işlər naziri Əli Yerliqayanın sözlərinə görə, Türkiyənin Mardin əyalətinin Nusaybin rayonunda keçirilən “GÜRZ-11” antiterror əməliyyatı nəticəsində iki terrorçu zərərsizləşdirilib.
- Bağlı qalmış daha 218 cinayət işi açılıb - DİN
- Bakıda kişi keçmiş arvadını küçədə güllələyib öldürdü
- Gürcüstanı Azərbaycanla birləşdirən yeni yol çəkiləcək
- Yıxılaraq dünyasını dəyişən şəxs görkəmli alim imiş
- 6 ayda 288 kriminal qrup zərərsizləşdirildi
- Ərdoğanın hədiyyə etdiyi silahı aeroportda polisə təhvil verdi - Fotolar
- Prezident fərman imzaladı
- Arzum üçün imza toplanır - Foto