Dünən keçirilən növbədənkənar parlament seçkisi zamanı Neftçala rayonu 40 saylı seçki məntəqəsində insident baş verib.
BUTA.TV xəbər verir ki, həmin rayondan namizəd Vəfa Nağıyeva və Tənzilə Rüstəmxanlının vəkili Hüseyn Qurbanov arasında mübahisə yaranıb, daha sonra onlar əlbəyaxa dava ediblər.
Qurbanov insidentdən sonra özünü Vəfa Nağıyevin qardaşı kimi təqdim edən şəxs tərəfindən ölümlə hədələndiyini deyib.
Onun sözlərinə görə, yolda olarkən VAZ-2106 markalı 40-BE-061 dövlət nömrə nişanlı avtomobildə olan şəxs onun qarşısını kəsib. Zorla maşından düşürərək döyüb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov saytımıza açıqlamasında bildirib ki, deputatlığa namizəd Vəfa Nağıyevanın qardaşı tərəfindən digər namizədin vəkilinin zorakılığa məruz qalması ilə bağlı rayon polis şöbəsinə daxil olan müraciət üzrə araşdırma aparılır.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər