Paşinyan bunu etməyə hazırlaşır - ŞOK İDDİA

06:55 - 4 Sentyabr 2024 - SİYASƏT

 Paşinyan bunu etməyə hazırlaşır - ŞOK İDDİA

Ermənistan Baş naziri Nikol Paşinyan avqustun 31-də keçirdiyi mətbuat konfransı çərçivəsində bir sıra tezislər səsləndirib. Onun fikrincə, Samvel Şahramanyan çox şeyə görə günahkardır, Amma Qarabağı Şahramanyan yox, şəxsən Nikol Paşinyan 2022-ci il oktyabrın 6-da Praqada təslim etdi. Qondarma qurum (mətndə uydurma bir ad çəkilir - red.) Azərbaycan ərazisi kimi tanınaraq ləğv edildi.

BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, bu fikirləri erməni revanşist politoloq Benyamin Matevosyan səsləndirib. "Paşinyanın “delimitasiya prosesində qalib və ya məğlub olanlar axtarılmamalıdır” düsturu 2020-ci il sentyabrın 27-də parlament tribunasından həyasızcasına “müharibə necə bitsə də, biz savaşmalı, özümüzü məğlub saymamalıyıq” sözlərini təkrarlayır. Nikol Paşinyan ABŞ Dövlət Departamentinin nümayəndəsi Obrayenin “Mərkəzi Asiya ölkələrinin Rusiya Federasiyası və Çindən yan keçərək dünya bazarlarına çıxması üçün Ermənistan Respublikası üzərindən kommunikasiyaya ehtiyac olduğu” barədə bəyanatına toxunmadı. Ermənistanın ABŞ üçün Pekin, Moskva və Tehrana qarşı “logistik körpü”yə çevrilməsi Paşinyana görə məqbul ssenari sayılır, amma 9 noyabr sənədinin bəndlərinə əməl olunması qəbuledilməz hesab olunur.

Azərbaycanın növbəti tələbi reallaşır: Paşinyan gömrükdə nəzarət funksiyalarını başqa bir tərəfə tapşırmağa hazırdır. Yəni Ermənistan ərazisindəki azərbaycanlılar ermənilərlə deyil, məsələn, “Frontex”in əməkdaşları ilə əlaqə saxlayacaqlar. Nikolun məntiqi ilə Rusiya “Ermənistanın altına demoqrafik saatlı bomba yerləşdirdi”. Necə deyərlər: pişik öz balalarını tərk etdi və bu, Putinin günahıdır. Paşinyan Ermənistan Respublikasının yeni kapitulyasiyasını hazırlayır ki, bu da özünü ATƏT-in Minsk Qrupunun dağılmasında göstərəcək. Bütün bunlar Bakıya “Qərbi Azərbaycan” siyasi layihəsinin həyata keçirilməsi məsələsinə diqqət yetirməyə imkan verəcək”, - Matevosyan yazıb


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol