Sabah saat 06:00-dan etibarən Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində Əsəd Əhmədov küçəsindən Heydər Hüseynov küçəsinə qədər olan hissədə (“Qələbə dairəsi”dən 20 Yanvar dairəsi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

BUTA.TV xəbər evrir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.

Üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar - VİDEO Üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar - VİDEO