Blinkenin Əliyevə zənginin səbəbi – Nədən narahatdır?

21:46 - 16 Sentyabr 2024 - GÜNDƏM

 Blinkenin Əliyevə zənginin səbəbi – Nədən narahatdır?

ABŞ Dövlət katibi Entoni Blinkenin İlham Əliyevə zəngi Vaşinqtonun Bakı ilə İrəvan arasında sülh sazişinin qısa müddətdə, lap elə bu aylarda imzalanması marağından irəli gəlir.

BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Entoni Blinkenin İlham Əliyevə bugünkü zəngini şərh edərkə bildirib.

Onun fikrincə, Blinken tərəflər arasında növbəti görüş təşkil etməyi planlaşdırır:

“Blinken Nyu Yorkda işə başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının sessiyasının növbəti günlərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək istəyir. Blinken oxşar görüşü ötən il də BMT sessiyası çərçivəsində təşkil etmişdi.

Bu xəbər hal-hazırda çox oxunur
Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR

Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin avqust ayında Azərbaycana səfərindən sonra Moskvanın Zəngəzur dəhlizinə artan marağından narahat olub. Vaşinqton da bu dəhlizi dəstəkləyir, sadəcə nəqliyyat yolunun Rusiyanın nəzarətində olmasını istəmir. Rusiya hərbçilərinin Zəngəzur dəhlizinə nəzarət etməsi Azərbaycanla Ermənistanın da maraqlarına cavab vermir. Bütün hallarda Vaşinqton qısa müddətdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyirsə, İrəvanı Konstitusiyada zəruri dəyişiklik etməyə inandırmalıdır. Bu, Baş nazir Nikol Paşinyan üçün çətin addım olmamalıdır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol