Ermənistan ordusunun döyüş mövqeyində əsgərlər arasında atışma baş verib. Nəticədə bir əsgər başından yaralanıb.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Ermənistan İstintaq Komitəsi isə məlumatı təkzib edərək, hadisənin 15 sentyabr saat 18:45-də baş verdiyini bildirib.
Komitə vurğulayıb ki, ötən gün saat 18:45 radələrində N saylı hərbi hissənin əsgərlərindən biri xidməti silahını doldurarkən ehtiyatsızlıqdan bir dəfə atəş açıb və bu atəş də əsgər yoldaşının başına dəyib. Başından yaralanan əsgər əməliyyat olunub və hazırda vəziyyətinin qənaətbəxş olduğu iddia edilir.
- Hamıdan axırda o gəldi - Video
- DÇ-də 1/4 final cütləri bəlli oldu - Nəhənglərin qarşılaşmaları başlayır
- İsveçrə 72 il sonra 1/4 finalda - Yenilənib
- Bu gün Bakının dörd rayonunda qaz olmayacaq
- Makron əlini öpmək istədi - Əminə Ərdoğan geri çəkildi+Video
- Bəzi ərazilərdə işıq olmayacaq
- Ən yaxşı məktəblər açıqlandı
- Biri sevincdən, digəri kədərdən... - Fotolar