İran tərəfi Yəmən husilərinə hipersəs raket ötürməyib.
BUTA.TV xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian deyib.
“Bizim hipersəs raketimiz var, lakin yəmənlilərin buraxdıqları növdən yoxdur. Yəmənlərin özlərinin raket texnologiyası var və özləri də istehsal edir”, - o bildirib.
Qeyd edək ki, husilər bazar günü İsrailin Yaffa bölgəsindəki hərbi obyekti hipersəs ballistik raketlərlə vurduqlarını açıqlayıblar. Hərəkatın sözçüsü Yəhya Səriyanın sözlərinə görə, 20 raket atılıb və İsrail onlardan heç birini vura bilməyib.
İsrail isə husilərin raket hücumu ilə bağlı Təl-Əvivdə və İsrailin mərkəzi bölgələrində, o cümlədən Ben Qurion hava limanında hava hücumu həyəcanı verildiyini vurğulayıb.
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi
- "Azpulmat” və “Manato”dan istifadə edənlərə mühüm xəbər
- Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov