Hizbullah bölmələri Qərbi Qalileydə Livanla sərhəddən 4 km aralıda yerləşən Ramot Naftali şəhərində İsrail ordusunun kazarmalarını reaktiv raket sistemləri ilə atəşə tutub.

BUTA.TV xəbər verir ki, bu barədə Hizbullahın məlumatında deyilir.

Zərbələr nəticəsində İsrail ordusunun itkilər verdiyi bildirilib.

Qeyd edək ki, bundan əvvəl İsrailin Matat və Ramim yaşayış məntəqələrindəki ordu kazarmalarına hücumlar həyata keçirilib, bu hücumların nəticələri barədə məlumat verilməyib.

Əlillik ala bilməyən qazi ilə bağlı TƏBİB-dən açıqlama: "Meyarlara uyğun deyil" Əlillik ala bilməyən qazi ilə bağlı TƏBİB-dən açıqlama: "Meyarlara uyğun deyil"